Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marselo da “Yuventus”a keçir: İllik maaşı açıqlandı

Kriştiano Ronaldoya “Real”da Marselo qədər yaxın olan futbolçu yox idi. Portuqaliyalı oyunçu “Yuventus”a gedəndən sonra braziliyalı həmkarı əsas heyətdə yerini yavaş-yavaş itirdi. Hadisələrin gedişi göstərirdi ki, Marselo “Real”da çox qalmayacaq.

Kriştianu Ronaldo

Bizimyol.info xəbər verir ki, Marselo “Yuventus”a keçməyə hazırlaşır. Avropa mətbuatının yazdığına görə, tərəflər ilkin razılığa gəlib. Marselo mövsüm bitən kimi “Yuventus”un formasını geyinməyə başlayacaq. Onunla dörd illik müqavilə bağlanması nəzərdə tutulub. Marselo ildə 12 milyon avro maaş alacaq.

31 yaşlı futbolçu “Real”da 2007-ci ildən oynayır. Marselo bu müddətdə 333 oyuna çıxıb, 25 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »