Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Futbol tarixində rekord transfer təklifi və dünyanın ən yüksək məvacibi...
Neymar

Dünyanın ən böyük futbol klublarından olan “Real” son illərin ən inamsız mövsümlərindən birini keçirir. Madrid komandası Çempionlar Liqasında mübarizəni gözlənilmədən dayandırdı. Səfərdə “Ayaks”ı məğlub etsə də, öz meydanında böyük hesabla uduzdu. Üstəlik, İspaniya çempionatında birinci yer tutmaq şansı da, demək olar, qalmayıb.

Bizimyol.info xəbər verir ki, “Real” gələn mövsüm üçün güclənir. Madrid klubuna keçəcək futbolçuların adı arasında çox məşhur isimlər səslənir: Məhəmməd Salah, Eden Azar, Neymar. İspaniya mətbuatının yazdığına görə, “Real” məhz Neymarı heyətinə qoşmaq istəyir. “Kral klubu” braziliyalı üçün 350 milyon avro ödəməyə hazırdır. Bu, futbol tarixində rekord transfer təklifi sayılır. Elə ən böyük məbləği də PSJ Neymar üçün ödəmişdi.

Real Madrid

Braziliyalı futbolçu ildə rekord məbləğdə - 45 milyon avro məvacib ala biləcək. İndi Neymar PSJ-də ildə 36 milyon avro qazanır.

Neymarın onsuz da PSJ-də işləri yaxşı getmir. Paris klubuna təzə gələndə Edison Kavani ilə penalti yerinə yetirmək üstündə mübahisəsi düşmüşdü. İndi futbolçu zədəlidir. Bundan başqa, PSJ də Çempionlar Liqasında mübarizəni dayandırıb. Böyük ehtimalla Neymar yayda “Real”da peyda olacaq.

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
Son xəbərlər
Bütün xəbərlər »