Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın "Eurovision-2019" təmsilçisi məlum oldu
INFE (International Network of Fans of Eurovision / Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi), nəhayət ki, Azərbaycanı "Eurovision-2019" beynəlxalq musiqi yarışmasında təmsil edəcək iştirakçının adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, ölkəmizi mötəbər musiqi müsabiqəsində gənc və istedadlı ifaçı Çingiz Mustafayev təmsil edəcək.

Qeyd edək ki, ifaçı yarışmada onun üçün yazılan "Truth" mahnısını Avropa səhnəsində səsləndirəcək. Mahnıya çəkilmiş klip isə, Ukraynada lentə alınıb.

64-cü "Eurovision-2019" musiqi musabiqəsi sayca üçüncü dəfə İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək. "Ekspo" Mərkəzdə baş tutacaq yarışmanın 1-ci yarımfinalı mayın 14-ü, 2-ci yarımfinalı mayın 16-sı, final isə mayın 18-i keçiriləcək.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et"dir ). Ötən il İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən yarışmada qalib olub.

Son xəbərlər
Bütün xəbərlər »