Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlar mitinqə qazan və tava ilə gəldilər - Video

İspaniyada dünən gecə saatlarında qadınların mitinqi olub. Onlar aksiyaya qazan və tava ilə gəliblər.

Bizimyol.info xəbər verir ki, mitinq Beynəlxalq Qadınlar Gününə həsr olunub. Qadınlar Puerta-del-Sol meydanına həm də bənövşəyi geyimlə və ya çantalarla gəliblər. Bönövşəyi rəng İspaniyada qadın haqlarının müdafiəsi rəmzi sayılır. Mitinq iştirakçılarının əlində “Bacı, mən sənə inanıram” yazılan plakatlar da olub.

İştirakçılardan 21 yaşlı Abril Villatrollol deyir: “Xüsusilə bu gün haqlarımızı xatırlatmalıyıq. Çünki bizim cəmiyyətdə hələ bununla bağlı xeyli problemlər var. Biz patriarxal cəmiyyətdə yaşayırıq”. İspaniyada qadınlar Vox partiyasının seçkilərdə qalib gələcəyindən qorxurlar, Bu sağ yönümlü partiya daha çox patriarxal ideyaları müdafiə edir.

Son xəbərlər
Bütün xəbərlər »