Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstilərə möhtəşəm cavab - FOTO
Son günlərdə Bakıda müşahidə edilən inanılmaz dərəcə isti havalar bizi oazis axtarışına düşməyə məcbur edir. Evdə də iş yerimizdə də fasiləsiz işləyən kondisioner bizim üçün normaya çevrilir, şəhər sakinlərinin və qonaqların aktiv istirahəti isə yalnız axşam saatlarında başlayır.

Temperaturun maksimal vaxtlarında çölə çıxdıqda isə ən rahat və tez hərəkət üsulu axtarırsınız. Bu rahatlıq barədə sizin yerinizə öncədən tədbir görüldükdə və bütün bunlarsadəcə sizə xoşbəxt anlar bəxş etmək üçün edildikdə bu həmişə xoş olur.

Söhbət 189TAXI və LAZZMASTER-in birgə aksiyası olan FREEZE TIME-dan gedir. Bu aktivlik çərçivəsində 189TAXI-nin beş taksisində hər gün saat 12:00-dan 19:00-a qədər hər bir sərnişinə LAZZMASTER-dən premium dondurma hədiyyə edilir.

Aksiya artıq bir aydan çoxdur ki davam edir və bu müddət ərzində 1600-dən çox insan həmin sərin sürprizin iştrakçısı olmuşdur. Bu dadlı hədiyyədən əlavə bu aktivliyin təsadüfi iştirakçılarına 100 manatlıq gedişhaqqı qazanmaq üçün konkursda da iştrak etmək təklif olunur. Bu konkursun yekun nəticələri avqustun sonunda elan olunacaq və təsadüfi seçilmiş qalib 189TAXI şirkətinin ofisinə dəvət alacaq.

189TAXI şirkətindən bizə bildirdilər ki bu pilot layihədir və növbəti illər ərzində bu təcrübədən yararlanaraq maşınlarının sayının və aksiyanın keçirilmə müddətinin artırılması planlaşdırılır. Qeyd edək ki, 189TAXI şirkəti Azərbaycanda ilk və ən böyük taksi xidmətidir. 9 illik fəaliyyəti ərzində 189TAXI brendinin tərkibində olan maşınların sayı minlərlədir, müştərilər üçün isə 10-dan çox çox daşınma xidməti növü təklif olunur.

Ən son yeniliklərdən biri bütün gedişlər haqqında məlumatların əks etdirildiyi "Şəxsi Kabinet" funksiyasının hər kəs üçün aktiv edilməsi oldu. Beləki istənilən istifadəçi mobil nömrəsi ilə qeydiyyatdan keçərək bugünə qədərki sifarişlərinin tarixçəsini görə, xərclərinə nəzarət edə bilər.

Öz növbəmizdə isə güman edirik ki, yayın qalan günlərində bu sürprizdən daha çox insan həzz ala biləcək və ölkəmizdə bənzər maraqlı aksiyaların sayı yalnızca artacaq.

[gallery columns="1" ids="14930,14928,14927,14926,14925">

Son xəbərlər
Bütün xəbərlər »