Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Özümü asmağıma yarım addım qalıb” - Azərbaycanlı məşqçi
zakir mahmudov

“Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm”.

“Futbol+” xəbər verir ki, bunu azərbaycanlı məşqçi Zakir Mahmudov deyib. “Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi olub. “Karvan” UEFA kubokunda mərhələ adlayarkən də Mahmudov klubda məşqçi kimi çalışırdı. İndi isə mütəxəssis çətin günlərini yaşayır.

“Həyat yoldaşım xəstədi, işləyə bilmir. Əlimdəki pulları verib, Sumqayıtda "Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı. Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa, 200-250 manatlıq bir iş versinlər, daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?.

Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb...”

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
Son xəbərlər
Bütün xəbərlər »