Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Təhlükəsizlik Nazirliyi terroru törədənləri açıqladı
İran Təhlükəsizlik Nazirliyi terroru törədənləri açıqladı
İran Təhlükəsizlik Nazirliyi iyunun 7-də Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb. APA-nın Tehran bürosunun məlumatına görə, nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: "Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər. Qeyd olunan ünsürlər 2016-cı ilin avqust ayında Əbu Aişə adlı İŞİD komandirinin tabeleyində İrana daxil olublar. Ölkənin şəhərlərində bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb".

Bəzi ictimai və təhlükəsizlik məsələləri nəzərə alaraq qruplaşmanın üzvlərinin ad və soyadları elan edilmir.

Qeyd edək ki, xarici işlər naziri Cavad Zərif terrorçuların İran vətəndaşı olduqlarını açıqlayıb.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
Son xəbərlər
Bütün xəbərlər »