Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda quldurluq edən qadın və kişi saxlanıldı
Bakıda quldurluq edən qadın və kişi saxlanıldı
Daxili işlər orqanları quldurluq cinayətlərinin qarşısının alınması və bu əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Modern.az xəbər verir ki, 4 iyun 2017-ci il tarixində vətəndaş Yeganə İsayevaya metronun “Neftçilər” stansiyasının yaxınlığında iki nəfər naməlum şəxs zor tətbiq edərək əlindəki pul kisəsini və qızıl boyunbağısını alaraq hadisə yerindən qaçıb.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Böllməsinə (PB) baş verən cinayət hadisəsi barədə məlumat daxil olan kimi dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Səidə Kərimova və paytaxt sakini İsrafil Hüseynov saxlanılaraq istintaqa təqdim olunub.

Saxlanılan şəxslər ifadələri zamanı qeyd edilən cinayəti törətdiklərini etiraf ediblər. Onlar hadisədən əvvəl zərərçəkən qadını izlədiklərini və münasib bildikləri məqamda ona hücum etdiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları S.Kərimova və İ.Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizani RPİ-nin 25-ci PB-nə müraciət edə bilərlər.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »