Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda etiraz aksiyası: Əmanətçilər pullarını tələb edirlər - Video

Lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin əmanətçiləri pullarını tələb edirlər.

Bizimyol.info xəbər verir ki, bu gün əmanətçilər bu tələblə etiraz aksiyası keçiriblər.

Əmanətçilərin sözlərinə görə, Milli Məclisə və mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yönləndirilib. Müraciətlərə isə cavab verilmir.

Şikayətçilər deyib ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin iclasına müvafiq maliyyə qrumlarının əməkdaşları dəvət edilsə də, gəlmirlər. Əmanətçilər iddia edib ki, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov müflisləşmiş “Bank Standard”dan girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Aksiyadan hazırladığımız reportajı təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »