Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban bayramında əfv olacaq? - RƏSMİ AÇIQLAMA
Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı azvision.az-a açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir.

O xatırladıb ki, bu ilin mart ayının 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: "Bu əfv sərəncamının imzalanmasından qısa vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Bildirim ki, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir".

Ə.Nuriyev əlavə edib ki, bu günlərdə əfv komissiyasının iclası keçirilməyib: "Bu baxımdan əfv məsələsi hazırda gündəmdə deyil. Güman etmirəm ki, əfv sərəncamı verilsin".

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »