Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli komandamızın baş məşqçisi istefa verdi
Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi Tofiq Heydərov vəzifəsindən istefa verib.

Qafqazinfo xəbər verir ki, Heydərov bu addımı millidə olan dopinq problemlərinə görə atdığını bildirib: “Hamıya məlumdur ki, mən və təsis etdiyim şirkətlər ağır atletika idman növünün inkişafına 20 ildir ki, dəstək olur. Bütün bu işlərin nəticəsi özünü Yay Olimpiya Oyunlarında göstərməli idi. Amma təəssüflər olsun ki, neçə illərdir çəkdiyimiz əziyyət süni maneələr yaradılaraq məhv edilir.

Daxildəki satqınlar, kərtənkələlər öz zəhərlərini idmançılarımıza, balalarımıza verib bizi rüsvay etdilər. İslam Oyunlarında Anastasiya və Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən söz vermişdim ki, komandamızda dopinq olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.

Federasiyadan isə bu məlumatı təsdiqləməyiblər. Bildiriblər ki, rəsmi olaraq heç bir şey yoxdur.

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »