Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pinti turistlər haqqında videoçarx gündəm oldu
Rövşən Tağıyev: “Ölkəmizin qonaqlarına bir mesaj verdik…”

Əcnəbi turistlərin Azərbaycana böyük axını başlayıb. Bu, iqtisadi baxımdan ölkənin inkişafına, insanların güzəranına müsbət təsirini göstərir. Azərbaycanın çox böyük turizm potensialının olması və bunun reallaşmasının vacibliyi haqda Prezidentdən tutmuş sadə vətəndaşa qədər hər kəs fikir söyləyir; bu məsələdə həmrəylik hiss olunur. Lakin turzmin inkişafı ilə yanaşı milli-mənəvi dəyərlərin, eləcə də, şəhərlərimizin, turizm məkanə olan bölgələrimizin abadlığını, təmizliyini, təbii gözəlliyini qoruyub saxlamaq da çox mühümdür. Bu anlamda Kral Travel və KRAL RENT A CAR şirkətinin reallaşdırdığı bir sosial layihə çox maraqla izləndi, gündəm yaratdı.

Şirkətin baş direktoru Rövşən Tağıyev mediada və sosial şəbəkələrdə yayılmış və geniş izləyici kütləsi toplamış videoçarxla, eləcə də, şirkətin fəaliyyəti ilə bağlı bizimyol.info-ya açıqlamasında bu layihə haqda maraqlı fikirlər söyləyib. 2010-cu ildən ilk növbədə Kral RENT A CAR şirkəti olaraq fəaliyyətə başladığını bildirən Rövşən Tağıyev deyib: “Məqsədimiz ölkəmizə gələn qonaqlara fərqli, aha üstün xidmət olub. Kral Group olaraq 2017- ci ildən fəaliyyətə başlamışıq, turizm sahəsində fəaliyyət göstəririk. Ölkəmizi xaricdə təmsil edirik, daxili və xarici turların təşkilatçılığını həyata keçiririrk. Xarici turistlərin ölkəmizə daha çox cəlb olunması üçün çalışırıq. Bu gün ölkəmizə əcnəbi turistlərin axını davam edir. Ən çox ərəb ölkələrindən axın var. Bu da o deməkdir ki, daxili və xarici siyasətin nəticəsində turizmin inkişafında uğurlu nəticələr əldə olunur. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq yarışların təsiri ilə turist axını daha da artıq. Çəkdiyimiz sosial videoçarxa gəlincə, biz bunu real hadisələrin və faktların əsasında çəkmişik. Bəzən olur ki, turistlər bizim qonaqpərvərliyimizdən və səmimiyyətimizdən susi-istifadə edirlər. Davranışda qüsura yol verirlər. Avtomobillərimizdən düzgün istifadə etməyən, çevrəni çirkləndirən, mənəviyyatımıza zidd hərəkətlər edən əcnəbi qonaqlara da rast gəlirik. Ona görə bu videonu çəkdik ki, həm cəmiyyətimizə, həm ölkəmizə gələn turistlərə lazım olan mesajı verək. Videoçarxın ideyasını biz şirkətər qrupu olaraq vermişik. Quruluşçu rejissor və baş rol ifaçısı Tofiq Teymuroğludur. Rollarda Əli Turqay, Gülnar İsayeva, səsləndirmədə Aygün Akif iştirak edib. Operator Seymur Məmmədovdur. İnanıram ki, bu sosial çarx ölkəmizə gələn turistlərin daha diqqətli və fərqli davranış sərgiləməsinə səbəb olacaq”.

Gülnarə Əmirqızı

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »