Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis tülkünün əvəzinə özünü güllələdi

ABŞ-ın Nyu York ştatındakı Vavorsinq yaşayış məntəqəsində tülkülər küçələrdə rahatca gəzməyə başlayıb. İnsanların həyatına təhlükə yaranıb.

Bizimyol.info xəbər verir ki, təhlükə ilə bağlı hadisə yerinə gələn polis Harold Nunuvero yaralanıb. Ona tülkü hücum edib. Sadəcə, Nunuvero kuryoz hadisə nəticəsində bu vəziyyətə qalıb. Tülkü hücum edəndə 24 yaşlı polis əməkdaşı hasardan tullanmağa çalışıb. Ayağı məftilə ilişən Harold yerə uğursuz düşüb və tapançasından atəş açılıb. Beləcə, polis özünü yaralayıb.

Zirehli jilet olmasaydı, çox güman ki, Harold həlak olacaqdı. Güllə sinəsinə tuş gəlmişdi. Ona xəstəxanada ilk tibbi yardın göstərib evə buraxıblar.

Tülkü isə mübarizədən məğlub ayrılıb. Haroldun həmkarı vəhşi heyvanı güllələməyə imkan tapıb.

Keçən il ABŞ-da buna bənzər başqa hadisə baş vermişdi. Onda tülkünün hücumuna məruz qalan qadın heyvanı boğa bilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »