Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danimarka alimləri xərçəngi məhv etməyin yeni üsulunu elan etdilər

Danimarkadakı Kopenhagen Universitetinin alimləri DNT-ni mutasiyalardan qoruyan və xərçəngin qarşısını alan mexanizm müəyyən edib. Onlar inanır ki, yeni üsulla bu ağır xəstəliyi məhv etmək mümkün olacaq.

Bizimyol.info xəbər verir ki, bu araşdırmada bioloqlar xüsusi hüceyrələri (53BP1 nüvə orqanları) insan orqanlarında araşdırıblar. Onları hüceyrələri fluoresan boyaları ilə fərqləndiriblər və bir neçə nəsil hüceyrələrin dəyişməsi müddətində mikroskopla müşahidə ediblər. Bu, ilk dəfə ana hüceyrələrdə RNT və zülalların sintezinə qədər DNT-nin necə zədələnməsini izləməyə imkan verib.

Alimlər müəyyənləşdirib ki, 53BP1 nüvə orqanları törəmə hüceyrələri DNT zərərlərindən qorumaq gücündədir. Bu mexanizmin əsas komponenti RAD52 fermentidir.

Nüvə orqanları törəmə hüceyrələrin bölünməsini gecikdirir. Bununla da ana hüceyrələrdə genlərdəki qüsurları aradan qaldırmaq üçün lazımi vaxt qazanılır. Bu işə yaramırsa, zədə əbədi qalır və xərçəngin inkişafı davam edir. Yəni yeni üsulun faydalı olacağı orqanizmlər xərçəngdən canını qurtaracaq.

Son xəbərlər
Bütün xəbərlər »