Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Valideynlərin nəzərinə: Bakıda ucuz məktəbli yarmarkaları açılır
Qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırılır.

Bu barədə XəzərXəbər-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirib. Onun sözlərinə görə, məktəbli yarmarkaları sentyabrın 20-dək davam edəcək.

"Ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Bakı şəhərinin müxtəlif yerlərində, xüsusilə metroların giriş və çıxışlarına yaxın yerlərdə çadırlar quraşdırılır. Hazırda metronun Elmlər Akademiyası, "İnşaatçılar", "Koroğlu", "Neftçilər" stansiyalarının yaxınlığında və digər yerlərdə çadırlar hazır vəziyyətdədir”.

Ə.Bağırov qeyd edib ki, məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq: "Yarmarkaların açılmasında məqsəd pərakəndə satışın qarşısı almaqdır. Yarmarkalarda satış bir yerdən idarə olunacaq. Süni qiymət artımına yol verilməyəcək. Qiymətlər münasib olacaq”.

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »