Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğurluqda yeni üsul: Pulları tozsoranla apardılar

Zaman keçdikcə oğrular yeni üsullara əl atmağa başlayır. Böyük Britaniyada qarəti tozsoranla həyata keçiriblər.

Bizimyol.info xəbər verir ki, Londonda parkinq sayğacını ev avadanlığı ilə qarət ediblər. Oğrular əvvəlcə gürzlə, burğu ilə deşik açıblar. Sonra tozsoranı işə salmaqla bütün pulları sovurublar. Oğrular bu yolla ayrı-ayrı sayğaclardan 120 min funt sterlinq (təxminən 156 min dollar) aparıblar.

Yerli polis oğruları tutmaqda acizdir. Şəhər şurası bu metoda görə hətta nağd ödənişlərdən imtina etmək istəyir. Sürücülərin hamısı bu dəyişikliyə hazır deyil. Çünki onların yalnız 70 faizi elektron ödənişdən istifadə edir.

Tozsoranla oğurluq ilk dəfə 2002-ci ildə Danimarkada qeydə alınmışdı. Koldinq şəhərində yuvelir mağazasının vitrinindən bu yolla 12,8 min dollarlıq zinət əşyaları aparmışdılar.

Son xəbərlər
Bütün xəbərlər »