Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş kardioloqdan həyəcan təbili
Baş kardioloqdan həyəcan təbili

“Azərbaycanda ürək-damar xəstəlikləri epidemik xarakter alıb”

Ürək-damar xəstəlikləri bu gün ölkədə ən çox yayılan əsas xəstəliklərdən biridir. APA-nın xəbərinə görə, respublikanın baş kardioloqu Faiq Quliyev bildirib ki, son illər ölkədə ürək-damar xəstəlikləri epidemik xarakter daşıyır və belə xəstələrin sayı artır. Onun sözlərinə görə, ölkədə ürək-damar xəstəliklərindən olan arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60 % təşkil edir.

F. Quliyev qeyd edib ki, Azərbaycanda əhalinin orta yaş həddinin artması nəticəsində ürək çatışmazlığı halları da artıb: "Belə ki, əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13 faizdir. Ölkədə hər 1000 nəfərə 4 kəskin koronar sindromlu xəstə düşür. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunduqda, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir"

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »