Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist icra başçısının göstərişi ilə saxlanıldı

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin, Azərbaycan prospekti ilə M.Muxtarov küçəsi arasında yerləşən əhalinin köçürülməsi və söküntü işlərinə nəzarət məqsədilə sakinlərlə görüşüb.

Görüş zamanı peşə fəaliyyətini həyata keçirən Bizimyol.info xəbər portalının əməkdaşı Ramid İbrahimovun peşə fəaliyyətinə icra başçısının göstərişi ilə mülki geyimli şəxslər mane olub, ona təzyiq göstərərək əlindən videokameranı alıblar.

Əməkdaşımız hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edib. Bir müddətdən sonra əraziyə gələn polis əməkdaşları jurnalisti Yasamal rayon 26-cı Polis Bölməsinə aparıblar.

Burada onun çəkiliş aparmaq məqsədi öyrənildikdən sonra yanlış anlaşılmanın olduğu bildirilərək izahatı alınaraq sərbəst buraxılıb.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
Son xəbərlər
Bütün xəbərlər »