Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəstə uşağının alimentini ala bilmirəm” – Hüquqşünas qadın nazirdən kömək istəyir

Hüquqşünas Sevil Allahverdiyeva Gəncə icra orqanının məhkəmə qərarlarını yerinə yetirməməsindən şikayət edir.

Bu barədə BakuPost.az-a yazan S.Allahverdiyeva deyir ki, onun övladının fiziki qüsuru var və "hipermobil” sindromundan əziyyət çəkir: "Əlil övladımın müalicəsi, təhsili üçün aliment verilməsi barədə qəbul olunmuş məhkəmə qərarları uzun illərdir ki, Gəncə icra orqanı tərəfindən yerinə yetirilmir. Hətta Ədliyyə naziri Fikrət Məmmədovun işə qarışması da ümidlərimi doğrultmayıb” deyə şikayətçi bildirir.

Xanım hüquqşünas;n sözlərinə görə, tək və xəstə övladı ilə köməksiz vəziyyətdə qalsa da, məhkəmə qərarı ilə ona düşən alimenti illərdir ala bilmir. S.Allahveriyeva müraciətində ürək ağrısı ilə aşağıdakıları bildirir: "Sağlamlıq imkanları məhdud olan övladımın əlavə xərcləri və alimentiylə bağlı məhkəmənin 3 icra sənədi 15 ildir, Gəncənin icra orqanının rəisi Nizami Qocayev, onun üzərində nəzarətedici vəzifə daşıyan Ədliyyə Nazirliyinin icra idarəsinin rəisi Nurəddin Mustafayev tərəfindən icra edilmir. Məhkəmə atanı 15 ildir uşağın saxlanılmasında, əlavə xərclərdə iştiraka cəlb etsə də, icra orqanı atanı bu xərclərdən 15 ildir kənarda saxlayır. Mən Ədliyyə Naziri Fikrət Məmmədovun Ağstafada keçirilən qəbulunda oldum.

Cənab nazir məni diqqətlə dinlədi və dedi ki, qərarlar tezliklə icra olunacaq. O, bununla bağlı nazirliyin təşkilat-nəzarət idarəsinin rəisi Elçin Qasımova və icra baş idarəsinin rəisi Nurəddin Mustafayevəmüvafiq tapşırıqlar da verdi. Həmin vaxtdan dörd ay keçsə də, məsələdə heç bir irəliləyiş yoxdur”.

Qadının sözlərinə görə, nazirin bu tapşırığına rəğmən Nurəddin Mustafayev nəinki onu qəbul edib, hətta polislərə göstəriş verib ki, ayağı oralara dəyməsin: "Gəncə icra idarəsinin rəisi Nizami Qocayev 19 min manata yaxın aliment borcu hesablayıb. Aliment borclarını ödəməli olan şəxs - Z.Yusibov məhkəmə qərarlarına saymazyana yanaşır, həm də əmlaklarını gizlədir. Nizami Qocayev məcburi icra tədbirləri görsəydi, borcların ödənilməsini təmin etsəydi, mən uşağımın müalicəsini davam etdirə, təhsil haqqını ödəyə bilərdim”.

Şikayətçinin deyir ki, övladının atası Z.Yusibov uşağa məhkəmədə dəfələrlə ekspertizalar keçirtdirib, məhkəmə də ekspertiza rəyləri əsasında Z.Yusibovu alimentdən əlavə, digər xərclərdə iştiraka cəlb edib: "Övladım "Hipermobil” sindromundan əziyyət çəkir. 2018-ci ildə məhkəmə ala bilmədiyim aliment və əlavə xərclərin miqdarını artırıb, 900 AZN-ə qaldırdı. Məhkəmə araşdırdı ki, mənə illərlə aliment ödəməyən Z.Yusibovun maddi imkanı yüksəkdir, saysız-hesabsız əmlakları var, bankda külli miqdarda pulu var. Z.Yusibov bilir ki, məhkəmə qətnamələri əsasında borclarını ödəməlidir. Sağlamlığı məhdud övladla məni illərdir köməksiz vəziyyətdə qoyan Z.Yusibov orta məktəbi fərqlənmə attestatıyla bitirən, respublika fənn olimpiadasının qalibi olan, yüksək balla ADA universitetinə daxil olan bu cür savadlı övladına haqsızlıq edir. N.Mustafayev və N.Qocayev kimi məmurlar isə bu işdə ona yardımçı olurlar”.

Mediadan kömək istəyən Sevil AllahverdiyevaƏdliyyə Nazirliyinin də bu məsələyə qarışmasına və müsbət həllini təmin etməsinə ümid edir.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
››› Putin Qarabağ haqqında danışdı
Son xəbərlər
Bütün xəbərlər »