Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada kərə yağı istehsalı azalır, tələb isə artır
Dünyada kərə yağı istehsalı azalır, tələb isə artır

Dünyada kərə yağına tələbatın artması qiymətlərin 2 dəfə balaşmasına gətirib çıxarıb.

Oxu.Az xəbər verir ki, istehlakçılar kərə yağına əvvəlki illə müqayisədə 20 faiz çox pul ödəməyə başlayıblar.

Qiymətlərin sürətli artımının arxasında bir sıra amillər dayanır. Əvvəla, yağ istehlakı Çin daxil olmaqla, bir sıra ölkələrdə artmaqdadır. Bununla bərabər, Avropada yağ istehsalı azalmağa başlayıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə, orta statistik avropalı 2015-ci ildə 8,4 funt (3,81 kq) kərə yağı istehlak edib. Hansı ki, 2010-cu ildə bu rəqəm 7,9 funt (3,58 kq) idi.

Müqayisə üçün bildirək ki, orta statistika amerikalı 2015-ci ildə 5,6 funt (2,54 kq) kərə yağı istehlak edib. 2010-cu ildə bu rəqəm 2,22 kiloqram olub.

Eyni zamanda, Çində də süd məhsullarına tələb artır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, cari ildə Çinə süd idxalı 38 faiz artacaq. Onu da qeyd edək ki, Çinə süd məhsulları Avropa İttifaqı və Yeni Zelandiyadan idxal edilir.

Ümumiyyətlə, proqnozlara görə, cari ildə dünyada kərə yağına olan tələbat 3 faiz artacaq.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »