Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaraçılar yerli sakini oğurlayıb 6 ay qul kimi saxladılar

Keçən il Rusiya prezidenti Vladimir Putin rusların qaraçılardan ehtiyat etməsi haqda əbəs yerə danışmırdı. Priamurye şəhərində qaraçılar yerli rus sakinlərdən birini oğurlayaraq qul kimi saxlayıblar.

Bizimyol.info xəbər verir ki, Vladimir Smuskin Rostov-na-Donu şəhərində altı ay qaraçıların girovluğunda olub. O, xeyli müddət işsiz qalıb. Tikinti şirkətlərindən birində bir ay işləyib pulunu ala bilməyəndən sonqa qaraçıların təklifi ilə razılaşıb. Əvvəlcə işindən çox razı idi, onunla yaxşı davranırdılar. Sonra vəziyyət çox dəyişib. Onunla qul kimi davranmağa başlayıblar. İki gündə bir dəfə yemək verirdilər, dilənməyə məcbur edirdilər. Etiraz edəndə möhkəm döyürdülər.

Vladimir qaçmağa iki dəfə uğursuz cəhd edir. Amma üçüncü cəhddə istəyinə çatır. Sənədləri qaraçılarda qaldığından avtobusa bilet ala bilmir. Evindən xeyli uzağa aparıldığından, günlərlə piyada yol gedir. Cənubi Urala çatanda isə ayaqqabıları tam sıradan çıxır. Bundan sonra Vladimir polisə zəng vurmaq qərarı verir.

Smuskin indi Çelyabinsk vilayətində vətəndaşların sosial adaptasiya mərkəzində bərpa kursu keçir. Polis cinayətkarları axtarır. Digər tərəfdən, onun sənədlərini qaydasına salırlar. Vladimir tezliklə evinə qayıda biləcək.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »