Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Təzə sevgilisi ilə evlənmək üçün köhnə sevgilisini qarət etdi

Çində keçmiş sevgilisini qarət edən qızı həbsxana həyatı gözləyir. Maraqlıdır ki, o, başqa adamla evlənmək üçün belə addım atıb.

Bizimyol.info xəbər verir ki, hadisə Çjetszyan vilayətində baş verib. Çjou soyadlı qız özündən yaşca xeyli böyük olan keçmiş sevgilisini aldadıb. Onun yanına gələrək, münasibətdə olduğu adamı sevmədiyini deyib. Sonra isə 43 yaşlı kişi ilə yenidən intim yaxınlıq istədiyini bildirib. Nə qədər gülməli səslənsə də, kişini aldadıb ağaca bağlamağa imkan tapıb. Sonra onun 10 min yuanını (təxminən 1500 dollar) aparıb. Qız onun paltarlarını və mobil telefonunu da götürüb. Kişini ağacdan iki saat sonra açıblar. Adam dərhal polisə şikayət edib.

Həbs olunan Çjou ehtiyacdan belə addım atdığını deyib. Onun sözlərinə görə, yeməyə heç çörəkləri də yox idi. Digər tərəfdən də yeni sevgilisi pul gətirəcəyi halda onunla evlənməyə söz verib. İndi bu sevgilini də əlbir olub cinayət törətməkdə ittiham edirlər.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »