Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Hanoy sammiti Donald Trampın uğursuzluğudur

Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ-la Şimali Koreya arasında keçirilən zirvə görüşü Donald Trampa zərbə oldu.

Bu barədə “The Financial Times” nəşri yazıb.

Dövlət Departamentinin sabiq əməkdaşı Co Yun sammitin uğursuzluğunu ABŞ tərəfindən hazırlıq işlərinin qüsurlu aparılması ilə əlaqələndirib.

“The Washington Post” da sammiti D.Trampın “diplomatik çöküşü” olaraq dəyərləndirib. Bildirilib ki, sammitdə iki ölkə liderlərinin Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələ bilməməsi səbəbindən danışıqlar yarımçıq kəsilib. Kim Çen Inın nüvəsizləməyə hazır olduqlarını, Trampın da sazişin “imzalanmağa hazır” olduğunu bildirməsinə baxmayaraq, daha sonra Şimali Koreya rəhbərinin yalnız bir nüvə obyektinin bağlanması müqabilində ABŞ sanksiyalarını bütövlüklə ləğv etmək şərtini irəli sürməsi üzündən sazişin imzalanmadığı vurğulanır.

Böyük Britaniyanın “The Times” nəşri də Hanoy sammitinin uğursuzluğa düçar olduğunu iddia edib. Sammitin sonunda işgüzar naharın və birgə bəyannamə imzalanması mərasiminin ləğv edilməsini ABŞ Prezidenti Donald Tramp üçün məğlubiyyət olaraq dəyərləndirən yazı müəllifi bundan bir neçə saat əvvəl Konqresdəki dinləmələrdə Trampın keçmiş vəkili Maykl Kohenin ona irqçi, dələduz, yalançı dediyini xatırladır. (Report.az)

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »