Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avroliqanın Bakıdakı finalı üçün biletlər satışa çıxarılır - Qiymətlər

UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalının biletləri martın 7-dən etibarən satışa çıxarılacaq.

Bizimyol.info Virtualaz.org-a istinadən bildirir ki, martın 7-si, Bakı vaxtı ilə saat 17:00-da Uefa.com saytında biletlərin satışına start veriləcək.

Onlayn bilet satışı martın 21-i bizim vaxtla saat 17:00-dək davam edəcək. 64 minlik Bakı Olimpiya Stadionunun yalnız 37500 yerinə bilet azarkeşlərə satılacaq. İki finalçı komandanın azarkeşlərinə satılması üçün biletlərin sayı daha sonra təsdiqlənəcək. Bu təsdiqdən sonra qalan biletlər yerli təşkilat komitəsinə, milli assosiasiyalara, kommersial tərəfdaşlara və TV yayımçılara təqdim ediləcək.

Biletlərin qiymətləri də bəllidir. Dördüncü kateqoriya biletlər üçün məbləğ 30 avro, üçüncü kateqoriya üçün 50 avro, ikinci kateqoriya üçün 90 avro və birinci kateqoriya üçün 140 avro olacaq.

Fiziki məhdudiyyətli tamaşaçılar üçün qiymət 30 avroyadır. Gənclər üçün paket təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) ümumi ictimaiyyət üçün satışda olacaq.

Hər bir adam maksimum dörd bilet sifariş edə bilər. Biletlər şəxsiləşdiriləcək və hər bir müraciət edənin şəxsi göstəiciləri bilet portalında əks olunacaq. Müraciət edənlər aprelin 5-dən etibarən e-mail vasitəsilə müraciətlərinin nəticəsi barədə məlumatlandırılacaqlar.

Azərbaycandan kənardan edilən müraciətçilərin biletləri UEFA-nın rəsmi mobil bilet proqramı (tətbiq) vasitəsilə çatdırılacaq. Azərbaycanlı fanatların isə kağız bilet və ya mobil bilet seçmək imkanı olacaq.

Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »