Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Goranboyda "Doktor" ləqəbli narkotacir saxlanılıb

Goranboy rayonunda "Doktor" ləqəbli narkotacir saxlanılıb.

Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Qeyd edək ki, saxlanılan şəxs ləqəbinin "doktor" olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »