Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məzənnə fərqinin 92 faizdən çoxunu dövlət ödəyəcək"
Ekspert Əkrəm Həsənov kreditlərlə bağlı prezidentin fərmanını şərh edib

"Ediləcək güzəştlər gözləniləndən xeyli artıq olacaq. Güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və (və ya) dekabrın 21-nə olan 10000 dollaradək olan əsas borcunu əhatə edir"

Bizimyol.info xəbər verir ki, bunu bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov problemli kreditlərin ödənməsi ilə bağlı ölkə başçısının fərmanını şərh edərkən deyib.

O bildirib ki, banka borcu olan vətəndaşın bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10000 dollardan çox olmamalıdır.

"Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq. Misal 1: tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10000 dollar borcu var. Devalvasiyayadək olan məzənnə ilə bu 7800 manatdır. İndi isə 17000 manat. Dövlət 8500 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4%-ni dövlət, 7,6%-ni isə vətəndaş ödəyəcək. Deməli, 10000 dolların yarısını dövlət qaytaracaq.

Misal 2: tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10500 manatdır. İndi isə 17000 manat. Dövlət 6000 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 1100 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3%-ni dövlət, 7,7%-ni isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10000 dolların 3530 dollar hissəsini qaytaracaq".

Ekspert bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir.

"Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq. Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək.

Kredit təşkilatlarının edəcəyi restrukturizasiya ilə əlaqədar Mərkəzi Banka tövsiyə edilir ki, onlara cəmi 682 mln. manat məbləğində güzəştli kreditlər versin, habelə bu tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına kredit təşkilatlarına cəmi 215 mln. dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla qiymətli kağızların verilməsini təmin etsin" - deyə ekspert bildirib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »