Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yeni televiziya açılır

Milli Televiziya və Radio Şurası Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziyanın açılması barədə qərar qəbul edib.

Müvafiq qərar Şuranın bu gün, fevralın 28-də keçirdiyi iclasda qəbul edilib. İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.

İclasda, həmçinin, “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
››› FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yayıb
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
Son xəbərlər
Bütün xəbərlər »