Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən bu il pensiya hüququ yaranacaq şəxslərlə bağlı açıqlama
Azərbaycan Respublikasında sosial sahə ilə bağlı uğurlu islahatlar proqramının mühüm istiqamətlərindən biri pensiya sisteminin inkişaf etdirilməsi, bu sistemin əhatəliliyinin və pensiyaların artırılması, pensiya təminatı sahədə sosial ədalət prinsipinin gücləndirilməsidir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bizimyol.info-nun sorğusuna cavabında bildirib.

O, qeyd edib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 2019-cu ilin 01 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişiklik pensiya təyinatında vətəndaş məmnunluğuna yönəlik iki əsas istiqamətdə islahatı reallaşdırıb:

 Azərbaycanda ilk dəfə olaraq pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsi və elə həmin gün də şəxsə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilməsi;

 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin Vətəndaşın sığorta stajının və ya pensiya kapitalının yetərli olmaması səbəbindən pensiya hüququndan kənar qalması riskinin aradan qaldırılması məqsədilə onların fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanması.

“Həyata keçirilmiş islahatların nəticəsi olaraq, pensiya təyinatının avtomatlaşdırılması tədbirinin 2019-cu il üçün pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinin (36 min insan) əhatə etməsi gözlənilir. Bu tədbirin 2019-cu ildə 19,5 min nəfərədək şəxsin əhatə etməsi, onların əmək pensiyası hüququ əldə etməklə gəlirlərinin 48 faiz artacağı gözlənilir.

Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs nəticəsində həmin məbləğ cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq”,-deyə F.Talıblı bildirib.

O, qeyd edib ki, təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub: “Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək”.

Ramid İbrahimov

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »