Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiya müddəti uzadıldı
Bu il 26-28 aprel tarixlərində 4-cü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu uzadılıb və bu proses martın 5-i saat 17:00-dək davam edəcək. Sənəd qəbulunun uzadılmasına səbəb yeni müqavilədən sonra yerli jurnalistlər tərəfindən builki yarışa böyük diqqət göstərilməsi olub. Əməliyyat şirkəti olaraq biz daima çalışırıq ki, Azərbaycan Qran Prisinə maraq göstərən və rəsmi tələblərə cavab verən hər bir yerli media nümayəndəsi yarış həyəcanından kənarda qalmasın.

Qeyd edək ki, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2019 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Hörmətlə,

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »