Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Ina ilk dəfə əcnəbi jurnalist yaxınlaşa bildi və sualına cavab aldı

Kim Çen Inın indiyə qədər hansısa əcnəbi jurnalistin sualını cavablandırdığını görməmişdik. ABŞ prezidenti Donald Trampla görüş üçün Vyetnama gələn Şimali Koreya lideri bir ilki də belə həyata keçirib.

Bizimyol.info xəbər verir ki, Kim Çen In Hanoyda əcnəbi jurnalistin sualına cavab verib. Trampla görüşdən sonra zalı tərk etməyə hazırlaşan KXDR rəhbərinə gözlənilmədən “Washington Post”un əməkdaşı Devid Nakamura yaxınlaşıb və “Yoldaş Kim, müqavilə ilə bağlı sizdə yaxşı hissiyat varmı?” sualını ona ünvanlayıb. Kim Çen In bu hadisəyə bir az təəccüblənib, üzünü tərcüməçiyə çevirib. Sualı koreyaca eşidəndən sonra dönüb getməyib, cavab verib: “Bu haqda danışmaq hələ tezdir. Əvvəlcədən qərar verməyəcəyəm. Mənə elə gəlir ki, nəticə yaxşı olacaq”.

Yeni Amerika təhlükəsizlik mərkəzinin rəhbəri Duyon Kim koreyalı liderin Vyetnam sammitində özünü rahat və inamlı apardığını deyir. Onun fikrincə, əcnəbi jurnalistlər Kim Çen Ina gələcəkdə də birbaşa suallar verə bilərlər.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »