Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə nazirinin qızılca xəstəliyi ilə bağlı əmri nəyi nəzərdə tutur - Həkim şərhi

“Son günlər bir çox ölkələrdə ölüm hallarına səbəb olan qızılca xəstəliyinin yayılması və xəstəliyin ölkəmizə gətirilmə halları qeydə alınıb. Odur ki mühüm tədbirlər görülməlidir, insanların kütləvi olduğu yerlərdə diqqətli olmaq lazımdır”.

Bu barədə tibb elmləri doktoru, həkim Adil Qeybulla Səhiyyə Nazirliyinin Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin yayılması və xəstəliyin ölkəmizə gətirilmə halları qeydə alınması ilə bağlı məlumatını bizimyol.info-ya şərh edərkən bildirib.

Adil Qeybulla Adil Qeybulla

O, qeyd edib ki, epidemiya halını almış xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi zəruridir: “Qızılca xəstəliyinə tutulmuş yaşlı şəxslərdə bu xəstəliyin əlamətləri çoxdur. Ona görə də əhalinin immunlaşdırılması mühümdür. Xəstəliyinin yayılmaması üçün isə proflaktik tədbirlər görülməlidir”.

A.Qeybulla bildirib ki havalar istiləşəndən sonra xəstəlik lokalaşacaq və sıradan çıxacaq: “Amma mart ayında proflaktik tərbiləri görmək lazımdır ki xəstəlik yayılmasın”.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Ramid İbrahimov

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
Son xəbərlər
Bütün xəbərlər »