Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayramla bağlı yarmarkaların sayı artırılıb, vaxt uzadılıb - Açıqlama

Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək “Kənddən şəhərə” kənd təsərrüfatı yarmarkasının vaxtı dəyişdirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən bizimyol.info-ya bildirilib. Verilən verilən məlumata görə, martın 15-dən etibarən başlanılacağı planlaşdırılan yarmarka martın 2-dən başlayacaq: “Fermerlərin müraciətləri artdığı üçün yarmarkanın sayı artdı və vaxtı isə uzadıldı”.

Qeyd olunub ki, hazırda 200 nəfərə yaxın fermer yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçiblər. Novruz yarmarkasının keçirələcəyi ünvanlar:

1. Səbail rayonu (Nizami küç. 154b)

2. Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)

3. Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası parkı)

4. Xəzər rayonu (Maştağa, Buzovna yolu Abşeron küç.)

Ramid İbrahimov

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »