Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evləri sökülən sakinlər aksiya keçirəcək

“Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin, Azərbaycan prospekti ilə M.Muxtarov küçəsi arasında yerləşən bir çox evlərin sakinləri evlərimizin sökülməsinin tezləşdirilməsi üçün görülən işlərə etiraz edirik”.

Bu barədə bizimyol.info-ya Yasamal rayonu, Vidadi küçəsinin sakini Quliyeva Məsməxanım Böyükağa qızı bildirib. O deyib ki, ərazidə 50-ə yaxın evlər yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsidir: “Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən dövlət qeydiyyatına götürülmüşdür və hər birinin inventar nömrəsi var. Hazırda “Mənzil” MMC-nin əməkdaşları ərazidə torpaq nümunələri götürərək söküntü işlərinin aparılmasına hazırlıq işləri görürlər.

Hesab edirik ki, Qədim Bakımızın tarixinin məhv edilməsi, hansısa şirkədin maddi maraqları naminə qurban verilməsi tariximizə xəyanətdir. Bütün dünyada tarixi qədim evlər var. Və olmaqdadır”.

M.Quliyeva deyib ki, mülkiyyət hüquqlarını qorumaq və sərbsət toplaşmaq hüququndan yararlanmaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər: “06 mart 2019-cu il tarixində, saat 11:00-da Nazirlər Kabinetinin qarşısında “Tarixi abidələrimizin məhvinə son qoyulması” tələbilə etiraz aksiyası keçirilməsinə razılıq verməyinizi xahiş edirik. Aksiyada ərazi sakinlərindən 150-200-yə yaxın etirazçı iştirak edəcək”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »