Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin kreditlərlə bağlı fərmanı kimlərə şamil ediləcək – Ekspertdən açıqlama

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, Fərmana əsasən, müəyyən qrup fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

Fərmanın kimlərə şamil olunması və qaydaları ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info-ya şərh verib. O bildirir ki, Prezidentin kreditlərlə bağlı fərmanında ancaq fiziki şəxslərin kredit borcları ilə bağlı məqam yer alır. “Bu, ilkin olaraq hüququ şəxslərə aid deyil. Fərman fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 manat məzənnəsi ilə götürülən 10 min dollarədək kreditlərin məzənnə fərqi (1.05 – 0.78) dövlət öz üzrəinə götürür. Bu, o deməkdir ki, vətəndaş 0.78 hissəsində borcu özü ödəmlidir, yaranan fərqi isə dövlət ödəyəcək.

Natiq Cəfərli

İkinci devalvasiyada – manat 1.05 məzənnəsindən 1.55 mata qalxandan sonra olan kreditlər də eyni qaydada ödəniləcək. Yəni 1.05 hissəsini vətəndaş özü, yerdə qalan 20 qəpiyi isə dövlət ödəyəcək. Burada maraqlı məqam odur ki, yardım 5 min dolları keçməmək şərti qoyulub. Yəni dollarla olan kreditin məbləği 10 min dolalrdan çox olmamalı, veriləcək məbləğ isə 5000 dolları keçməməlidir”.

Məlum olur ki, burada devalvasiya məsuliyyətini dövlət öz üzərinə götürür, banklar isə bu prosesdə iştirak etmir. Fərmanda kreditini yeni məzənnə ilə ödəyən şəxslərlə bağlı isə heç bir göstəriş nəzərdə tutulmayıb. Natiq Cəfərli hesab edir ki, bu da ciddi müzakirələrə səbəb olacaq: “Bəziləri evlərini, bəziləri avtomobilərini sataraq devalvasiyadan dəymiçş zərəri ödəyiblər”.

Natiq Cəfərli deyir ki, hazırda 700 minə yaxın fiziki şəxsin Azərbaycanda krediti var. “Bu, təxminən 1.8 milyard manat, dollar ekvavalentində 1.1 milyard vəait deməkdir. Fərmandan irəli gələn göstərişlər yerinə yetirilsə, problemli krditlərin tamamını olmasa da, böyük bir həcminin həllində müsbət addımdır”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »