Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maştağa kəndində yenicə asfaltlanan yolla bağlı rəsmi açıqlama - Fotolar

Bakının Sabunçu rayonu Maştağa kəndində yenicə salınan yol sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Belə ki, çəkilən yolun fotoşəkilləri paylaşılaraq müxtəlif formada şərh edilib, asfalt örtüyünün alt təbəqəsinin çəkilməməsi, örtüyün torpaq üzərinə normativləyə uyğun olmayan şəkildə çəkildiyi iddia olunub.

Kənd sakinləri bildiriblər ki, yolun kənarlarına səkinin olmaması həmin yeni örtüyün tez bir zamanda sıradan çıxacağı ilə nəticələnəcəyi üçün onlar bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət də ünvanlayıblar.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan AAYDA "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yolun çəkilməsə standartlara uyğun şəkildə həyata keçirilib və ilkin mərhələdə sakinləri xüsusilə də payız-qış mövsümündə palçıqlı yollardan xilas etməkdi:

Yolun tikintisi hələ ki, davam edir. Həmin yol AAYDA balansında olmayan yol idi, lakin ölkə başçısının tapşırığına uyğun olaraq vətəndaşların xüsusilə payız-qış mövsümündə gediş-gəlişinin rahatlaşdırılması məqsədilə AAYDA asfaltlanma işini həyata keçirdir. Yol standartlara uyğun şəkildə salınıb, deyildiyi kimi torpağın üzərinə asfalt örtük çəkilməyib, öncə optimal-qırmadaş qarışığından yol əsası işlənilib, sonra asfalt döşənib.

Hazırda biz Bakı şəhərinin 12 rayonunun qəsəbələri üzrə irimiqyaslı işlər həyata keçirdirik. İlkin mərhələdə məqsədimiz insanları palçıqlı yollardan xilas etməkdir. Növbəti mərhələlərdə isə o yollarda səkilər, digər yol elementləri inşa ediləcək".

Bizimyol.info

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »