Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əl sıxıb görüşməyin gözlənilməz təhlükəsi varmış

ABŞ-dakı İndiana universitetinin və Hyuston universitetinin elmi məhkəmə ekspertizası mərkəzinin mütəxəssisləri müəyyənləşdirib ki, əl sıxmaqla görüşmək insan DNT-sini ötürmək qabiliyyətini daşıyır. Cəmi 10 saniyə əli biraxmamaq kifayətdir ki, sizin DNT başqasına keçsin.

Bizimyol.info xəbər verir ki, bu haqda hesabat Amerika məhkəmə tibb tədqiqatları akademiyasının toplantısında səslənib. Tədqiqatçılar eksperiment keçirib. Könüllülərdən bir-birinin əlini sıxıb azı 10 saniyə saxlamağı xahiş ediblər. Eksperiment göstərib ki, adamların 7 faizi əllə görüşdüyü insanın DNT-sini sonradan hər hansı əşyaya ötürə bilir.

Hyustondakı mərkəzin doktoru Sintiya Keyl hesab edir ki, 10 saniyə konkret zaman kəsiyi sayılmır. Yəni DNT daha tez də ötürülə bilər. Keyl deyir ki, bu təcrübə cinayətlərin araşdırılmasında böyük risk yaradır. Yəni sizin DNT analiziniz heç vaxt toxunmadığınız əşyalarda peyda ola bilər. Halbuki indiyə qədər bu yolla xeyli cinayət açılırdı.

Son xəbərlər
Bütün xəbərlər »