Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti

“Xaliq Faiqoğlu” MMC istismarında olan daha bir marşrut xəttində pulsuz Wi-Fi xidməti aktivləşdirilib.

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gündən etibarən 65 saylı marşrut xətti üzrə müasir avtobuslarda da sərnişinlər şirkətimizin təqdim etdiyi yeni xidmətdən faydalana bilərlər. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər.

Nəzərinizə çatdırmaq istəyirik ki, bir neçə gün əvvəl şirkətimizin istismarında olan 18 və 85 saylı marşrut xəttində də pulsuz internet xidməti aktivləşdirilib. Beləliklə pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 72-yə çatdırılıb. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də tezliklə Wi-Fi cihazları quraşdırılacaq.

Şirkətimizə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər istismarımızda olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »