Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA-nın yeni teleskopu Yer kürəsinə bənzəyən 1400 planeti qeydə alacaq - Video

NASA kosmosun tədqiqində işini davam etdirir. ABŞ kosmik agentliyi yeni teleskopla Yer kürəsinə bənzəyən daha 1400 ekoplaneti üzə çıxarmağı qarşısına məqsəd qoyub.

Bizimyol.info xəbər verir ki, yeni teleskop WFIRST adlanır. “First” ingiliscə ilk, birinci deməkdir. Görünür, NASA-da abbreviatura ardıcıl düzülərkən bu ifadəni formalaşdırmağa çalışıblar. Abbreviaturanın açılışı “geniş səyyar infraqırmızı tədqiq teleskopu” (wide field infrared survey telescope) şəklindədir.

WFIRST gələn ilin ortalarından NASA-nın işinə yarayacaq. Teleskopun iki əsas missiyası var. Birincisi, qara enerjinin təbiətini öyrənmək. İkincisi, Günəş sistemindən kənarda olan yeni planetləri üzə çıxarmaq.

İndiyə qədər Günəş sistemindən kənarda 3917 planet aşkar edilib. NASA siyahıya daha 1400-nü əlavə etmək istəyir. Bunlardan 100-nün Yer kürəsinə lap çox oxşayacağı ehtimal olunur.

Paylaş »
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »