Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelanın 8 ton qızılı yoxa çıxıb

Venesuela müxalifətini narahat edən məsələlərdən biri odur ki, Nikolas Maduro dövlət qızıllarını satır. Yenə mərkəzi bankın saxlama məntəqəsindən 8 ton qızılın yoxa çıxması xəbəri yayılıb.

Bizimyol.info xəbər verir ki, Venesuela müxalifətinin parlamentdəki nümayəndələri bu haqda danışıb. Deputatlar qızılların xüsusi maşında bankdan çıxarıldığını iddia ediblər. Özü də bu, mərkəzi bankın rəhbəri Kaliksto Orteqanın ölkədə olmadığı vaxtda baş verib. Müxalifət prezident Nikoas Maduronun yenə dövlət qızıllarını xaricə satdığını düşünür.

Müxalifət lideri Xuan Quaydo yanvarın 23-dən özünü Venesuela prezidenti elan edib. Buna baxmayaraq, Maduro postunu təhvil vermək fikrində deyil. Elə yanvarın sonundan müxalifət mərkəzi bankın aktivindəki qızıllarla bağlı həyəcan təbili çalır.

Xuan Quaydo

Müxalifət əvvəlcə Maduronun ölkədən 20 ton qızıl çıxarmaq istəməsi haqda məlumat verdi. Ardınca yanvarın 31-də Rusiyaya Venesueladan yüklə dolu təyyarənin endiyi xəbəri yayıldı. Müxalifət məsələyə “qızılları apardılar” həyəcanı ilə reaksiya verdi. Fevralın 8-də isə ortaya konkret fakt çıxdı. Türkiyənin “Sardes” şirkəti Venesueladan 900 milyon dollarlıq qızıl aldığını etiraf etdi.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »