Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM-in açıq sualları müəllimlər tərəfindən yoxlanılacaq, xətalar qaçılmazdır - Açıqlama
Dövlət İmtahan Mərkəzi bu il ilk dəfə olaraq buraxılış və qəbul imtahanlarını yeni qaydalarla keçiriləcək. Yeni qaydalara əsasən fənnlər üzrə imtahanlara ənənəvi testlərdən fərqli olaraq yazı tapşırılqarı da salınacaq və bu yazıları da əvvəllər olduğu kimi kompüterlər deyil müəllimlər (markerlər) yoxlayacaq. Qiymətləndirmə prosesində insan faktorunun iştirakı subyektivlik və müdaxilə risklərini də artırır. Bunların qarşısını almaq məqsədilə DİM proseslərə ciddi hazırlıq görsə də, yazı işlərinin cavablarının necə qiymətləndirilə biləcəyi ilə bağlı meyar və etalonlar müəyyənləşsə də, hətta Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə təhlükəsizlik tədbirləri görülsə də obyektivliyə və şəffaflığa şübhə meylləri hələ də qalmaqdadır.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahanların nəticələrinin yoxlanılmasında insan faktorunun olması orada xətaların və yalnışlıqların olmasını qaçılmaz edir:

"İlk növbədə qeyd etmək istəyirəm, ölkədə 27 ildən çoxdur ki, ali təhsil, orta ixtisas təhsili, buraxılış imtahanları, dövlət qulluğuna qəbul və digər imtahanları həyata keçirən Dövlət İmtahan Mərkəzinin imtahanların təhlükəsizliyi ilə bağlı fəaliyyəti yüksək səviyyədə həyata keçirilib.

Test tapşırıqlarının seçilməsi, sual kitabçalarının hazırlanmasına prosesi xüsusi diqqət yetirilib və bu prosesdə təhlükəsizlik yüksək səviyyədə təşkil olunub.

Amma bu o demək deyil ki, qəbul və buraxılış imtahanlarında açıq tipli, situasiya tipli test tapşırıqlarını yoxlayacaq markerlər yoxlama zamanı səhvə yol verməyəcək. 100 faiz səhvsiz imtahan yoxlamaq mümkün deyil. Bu hətta dünyada ən nüfuzlu beynəlxalq imtahanlar olan İELTS, TOEFL, SAT, GMAT imtahanlarının yoxlanılmasına da aiddir. Əgər insan faktoru yoxlama prosesində olacaqsa, səhvlərin olacağı qaçılmazdır. Çünki yoxlayan şəxslər qısa müddətdə, 2 - 3 ayda təlim kursu keçən markerlərdir, onların müəyyən hissəsi magistrlardır, yəni pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslərdir. Sadəcə olaraq, Dövlət İmtahan Mərkəzi bu xətaların minimuma endirilməsi üçün çalışır.

Nəzərə alsaq ki, qısa müddətdə Dövlət İmtahan Mərkəzi bir neçə imtahan keçirəcək və orada iştirak edən şagirdlərin, abituriyentlərin sayı 200 mindən ümumi çox olacaq, bu isə yoxlanılacaq test tapşırıqlarının sayının 10 milyonlarla olacağı deməkdir. Əlbəttə ki, bu qədər böyük sayın qarşısında 100 faizlik doğru cavablandırma insan faktoru ilə mümkün deyil. Bunun əksini iddia etmək isə absurddur.

Amma bu o demək deyil ki, keçirilən imtahanlarda yoxlama prosesi qeyri şəffaf olacaq, kənar müdaxilə mümkündür, xeyr bu belə deyil. Sadəcə olaraq, bəzi yoxlayıcı markerlər kiçik xətalara yol verə bilərlər. Bu da daha çox riyaziyyat və azərbaycan dili fənnində baş verir. Səbəbi isə imtahan iştirakçılarının xəttinin yoxlayıcı markerlər tərəfindən yaxşı oxuna bilməməsi, və ya cavabın birbaşa yazılması ilə bağlı olur.

Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi öz ətrafında 27 ildir ki, formalaşmış ədalətli, şəffafliq, biliyin qiymətləndirilməsi kimi müsbət tendensiyaları bundan sonra da davam etdirəcək. Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanlara görə, imtahan prosesində təhlükəsizlik tədbirlərinə görə dünyada ən yüksək qiymətləndirilən qurumlardan biridir".

Bizimyol.info

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »