Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriminal avtoritet Beyləqanda saxlanıldı - Video

Beyləqan rayonunda "Səddam" ləqəbi ilə tanınan kriminal avtoritet saxlanılıb.

Sakinindən narkotik tərkibli vasitə olan heroin və həşiş aşkar edilərək zərərsizləşdirilib. Report xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.

Bu dəfə keçirilən axtarışlar nəticəsində kriminal aləmdə "Səddam" ləqəbi ilə bilinən Beyləqan rayon sakini Hüseyn Mustafayev saxlanılıb. Saxlanılan şəxsin evinə baxış keçirilən zaman orada narkotik vasitə olan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.

H.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »