Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada dolların kursu psixoloji həddi aşdı

Rusiyada iqtisadiyyatı vəziyyətin sabit və yaxşı olmaması milli valyutaya da təsirsiz ötüşmür. Rublun kursu getdikcə azalır.

Bizimyol.info xəbər verir ki, dolların rubla nisbətdə kursu son illərdə ilk dəfə psixoloji həddi aşıb. İndi 1 dollar 66,01 rubla bərabərdir. Rusiya valyutası dünənlə müqayisədə 0,47 faiz güc itirib.

Paralel olaraq, avro da rubla nisbətdə gücünü artırır. İndi 1 avronu 75,08 rubla dəyişmək mümkündür.

1998-ci il yanvarın 1-də Rusiyada denominasiya olanda dolların kursu 5,6 rubla bərabər idi. Sabit olmayan iqtisadi vəziyyət, sanksiyalar zaman-zaman rublun durumunu ağırlaşdırdı. Rublun ən ağır günü isə 2016-cı il yanvarın 22-də olub. Həmin gün rəqəmlər 83,59 göstərirdi.

1992-ci ilin yayında rubl hətta dollardan daha güclü valyuta sayılırdı. Onda 1 dollar 0,56 rubl idi.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »