Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pikassonun əsərini qatarda unutdu

İncəsənət dünyasının dahilərindən olan Pablo Pikasso təkcə gözəl rəsmlər yaratmırdı. O, özündən sonra xeyli fərqli sənət nümunəsi də qoyub.

Bizimyol.info xəbər verir ki, Almaniyada 76 yaşlı kişi belə sənət nümunələrindən birini qatarda unudub. O, dəyəri 10 min avro olan keramik su qabını götürməyi yaddan çıxarıb.

Pikasso bu kiçik sənət nümunəsini 1953-cü ildə hazırlayıb. Üzərində “Le Hibou” (fransızcadan tərcümədə “bayquş”) yazılan naxış var. Təqaüdçünün bunu necə əldə etdiyi müəmmalıdır.

Pikassonun əsəri Pikassonun əsərini qatarda unutdu

Kişi Kasseldən Düsseldorfa gedərkən su qabını da özü ilə götürüb. Qatarda Pikassonun əsərini yerə qoyub. Hamm şəhərində qatarı dəyişmək lazım gəlib. Beləcə, su qabını orada unudub. Yalnız 21 saat sonta itkidən xəbər tutub.

Yaşlı kişi dərhal dəmiryolu şirkətinə müraciət edib. Polis nə qədər axtarsa da, su qabı tapılmayıb. Araşdırma aparılır. Polis kişinin su qabını haradan aldığını da dəqiqləşdirməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »