Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimpanzelərin bizə məlum olmayan sivilizasiyası varmış

Bizi əbəs yerə şimpanzelərə çox yaxın məxluq saymırlar. Almaniya və Polşadan olan alimlər qrupu Konqo Demokratik Respublikasının şimal hissəsində yaşayan şveynfurt şimpanzelərinin zəngin maddi mədəniyyətini aşkar edib.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılar orada bir çox qədim nümunələr, alətlər tapıb. Şimpanzelər bunlarla qida tapmağa çalışırmış.

Ekspertlər 12 il müddətinə təxminən 50 min kvadrat kilometr ərazidə yaşamış bu meymun növünün nümayəndələrinin davranışlarını öyrənib. Onlar 20 sahədə tapılmış meymunların istifadə etdiyi alətləri sənədləşdiriblər, qida qalıqları, zibil və yuvalara aid məlumatlar toplayıblar.

Tədqiqatçılar xüsusi uzun çubuqlar aşkar edib ki, bunu da şimpanzelər məxsusi Dorylus növündən olan qarışqaları, Melilponin arılarını ağacların gövdəsindəki, torpağın içindəki yuvalarından çıxarmaq üçün hazırlayıblar. Bundan başqa əvvəllər müşahidə edilməmiş qida emalı metodları da üzə çıxıb. Yəni Konqo Demokratik Respublikasının bu hissəsində yaşayan şimpanzelər müəyyən təkamül mərhələsini keçibmiş.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
Son xəbərlər
Bütün xəbərlər »