Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İnsan beyninin 10 faizinin işləməsi həqiqət deyilmiş
İnsan beyninin 10 faizinin işləməsi həqiqət deyilmiş

Belə fikir var ki, insan beyni tam gücü ilə işləmir, yalnız 10 faizi fəaliyyətdədir. Buna görə də insanlar həmişə beynin nəyə qadir olduğunu təxmin etməyə çalışırlar.

Bizimyol.info xəbər verir ki, insan beyninin tam gücü ilə işləməməsi fikri hələ XIX əsrdə meydana gəlmişdi. Neyronların impuls yaratdığını bilirik. O zamanın alimləri hesab edirdi ki, beyindəki istifadə edilməyən neyronlar “tənbəlləşir” və öz işini görmür.

Beynin yalnız 10 faizinin istifadə olunması, sadəcə, mifdir. Müasir tədqiqatlar başqa faktlar, arqumentlər ortaya qoyur. Həmin dövrün alimlərinin səhvi ondaydı ki, hər neyronun fəaliyyətini eyni anda ölçürdülər. Onlar anlamırdı ki, insanın bütün neyronlardan eyni zamanda istifadə etməyə ehtiyacı yoxdur. Məsələn, insan üfüqi vəziyyətdədirsə, yəni uzanıbsa, onun yürüş neyronları işə düşmür.

Bütün neyronların çox fəal olmasına heç ehtiyac duyulmur. Düzü, bu heç mümkün də deyil. Beyinlə bağlı əfsanələrə inanmaqdansa, müxtəlif vərdişlər, bacarıqlar üzərində işləmək, onları inkişaf etdirmək lazımdır.

Paylaş »
››› “Ded Xasan”ın qətlinin üstü açılır
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Əli Kərimli saxlanılıb
››› Nazir Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Son xəbərlər
Bütün xəbərlər »