Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanın müvəqqəti işlər vəkili Hindistan XİN-ə çağırıldı
Hindistan Xarici İşlər Nazirliyi mübahisəli Kəşmir bölgəsində gərginliyin artması ilə əlaqədar Pakistanın Nyu-Dehli şəhərindəki müvəqqəti işlər vəkili Sayed Hayder Şaxanı quruma çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Hindistan diplomatik korpusundan olan mənbə bildirib.

Mənbə bununla bağlı daha ətraflı məlumat verməyib.

Qeyd edək ki, Pakistan bu gün Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir.

Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub.

Xatırladaq ki, iki ölkə arasında gərginlik bu il fevralın 14-də mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən terror hücumundan sonra artıb. Terrakt nəticəsində 45 nəfər ölüb. Hücuma məsuliyyəti Pakistanda yerləşən və Məsud Azharın rəhbərlik etdiyi “Caiş-e-Muhammad” adlı təşkilat öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terror qruplaşmasını dəstəkləməkdə təqsirləndirib. Rəsmi İslamabad isə ittihamları qəbul etməyib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »