Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parlamentdə Hesablayıcı komissiyanın yeni rəhbərliyi seçildi - Adlar

Parlamentin təzədən formalaşdırılmış Hesablayıcı komissiyasının yeni rəhbərliyi seçilib.

Oxu.Az xəbər verir ki, Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov sədr, Sədaqət Vəliyeva isə katib seçilib. Qeyd edək ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib.

Hesablayıcı komissiyanın tərkibinə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib. Onu da qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış parlamentin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır.

Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından bir il müddətinə yeddi üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »