Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Lavrova cavab: "PKK kürd xalqı deyil"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya XİN rəhbəri Sergey Lavrovun son bəyanatını şərh edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb. O, Lavrovun kürdlərlə bağlı bəyanatının səhv olduğunu deyib.

“PKK ilə əlaqəli bütün qruplaşmalar terrorçu qruplaşmalardır. Lavrovun bəyanatı səhvdir. Türkiyəni kürd xalqının düşməni kimi qələmə vermək düzgün deyil, çünki PKK kürd xalqı deyil”, - deyə Ərdoğan NTV telekanalına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Lavrov bir müddət əvvəl Vyetnam və Çin telekanallarına verdiyi açıqlamada Rusiyanın Suriyanın şimal-şərqindəki kürd problemi ilə bağlı narahatlıqlarını anladığını bildirsə də, orada döyüşən kürd birləşmələrdən hansılarının terrorçu qruplaşma kimi qəbul olunması baxımından Ankara ilə Moskva arasında ziddiyyətlərin olduğunu qeyd etmişdi. (Oxu.az)

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Günel Gözəlova: “Araz Bayramov kimi həkimlər bu peşədən uzaqlaşmalıdır”
Son xəbərlər
Bütün xəbərlər »