Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biznesmenin həyətindən tapılan ayı vəhşi təbiətə buraxılmayacaq"

Quba rayonunda fərdi təssərrüfatların birində götürülən və adı "Qırmızı kitab”a düşən qonur ayı yaxın iki ay ərzində vəhşi təbiətə buraxılmayacaq.

Bu sözləri Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə bildirib ki, bu gün qonur ayıya mütəxəssislər tərəfindən baxış keçirilib və ixtisaslı baytar həkimlər tərəfindən müayinə olunub: "Təxminən 10-12 yaşında olan qonur ayı tamamilə sağlamdır. Mütəxəssislər son qərarı ilə, qış vaxtları və yaşına görə ayının vəhşi təbiətə buraxılması məqsədəuyğun sayılmadı. Əgər indiki vaxtda onu vəhşi təbiətə buraxsaq ehtimal varki, ayı kəndə qayıda bilər. Çünki bu cür heyvanlara qışda, xüsusən qar vaxtı yem tapmaq çətin olur. Ayı ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək. Qonur ayı ixtisaslı baytar həkimlərin nəzarəti altında iki ay burada saxlanılacaq. Aprel-may ayının əvvəllərində vəhşi təbiətə buraxılacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzində daha bir ədad də ayı var: "Hansı ki, çox kiçik vaxtı ərazilərin birindən götürdük. Bu ayıda sağlamdır. Ola bilər ki, yay ayının əvvəlində hər iki ayını vəhşi təbiətə buraxaq”.

Qeyd edilib ki, qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq. Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”inə müraciət etmələri xahiş olunur.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »