Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təkcə azot yox, kokain də iyləyib...

Rusiyanın Sankt-Peterburq şəhərində BMW X6 ilə qəza törədən Murad Qasımovun narkotik vasitələrdən istifadə etməsi aşkarlanıb.

Bu barədə TASS məlumat yayıb. Ekspertizanın nəticələrindən belə məlum olub ki, M.Qasımov qəza zamanı kokainin təsiri altında olub. Xatırladaq ki, M.Qasımov aprelin 24-də Sankt-Peterburqun Nevsk prospektində səki ilə hərəkət edən beş piyadanı vurub. Onlardan ikisi hadisə yerində keçinib, üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra saxlanılan M.Qasımov sərxoş vəziyyətdə olduğunu, barda içərisinə azot doldurulmuş şarı iylədiyini etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o, 2018-ci ilin noyabrında dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün sürücülük hüququndan bir il yarım müddətinə məhrum edilib.

Qeyd edilib ki, o, içkili vəziyyətdə avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümü maddəsi ilə ittiham edilir. (Virtualaz.org)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »